Türkiyədə Məhəmməd Füzuliyə həsr edilən konfrans keçiriləcək

Türkiyədə Məhəmməd Füzuliyə həsr edilən konfrans keçiriləcək
  29 Aprel 2024    Oxunub:1244
Bu il Türkiyədə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilən beynəlxalq elmi konfrans və müsabiqə baş tutacaq.
AzVision.az xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun bu barədə təklifini Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu dəstəkləyib.

Ankaradakı diplomatik missiyamızda baş tutan görüş zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü ili Türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzaladığını xatırladan Samir Abbasov bildirib ki, bu münasibətlə Avrasiya Yazarlar Birliyi ilə birgə şeir müsabiqəsi təşkil edilə bilər. Həmçinin Azərbaycan ədəbiyyatından türk dilinə peşəkar tərcümələrlə məşğul olan nəzm və nəsr ustaları üçün təlimlər keçirilə bilər.

Tərəflər cari ilin payızında Türkiyədə Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə və digər ölkələrin füzulişünas alimlərinin iştirakı ilə beynəlxalq elmi konfransın keçirilməsi və bu münasibətlə birgə iş aparılmasında razılığa gəliblər.

AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   ədəbiyyat   konfrans  





Xəbər lenti