Masazırda evdən 85 minlik qızıl oğurlanıb

Masazırda evdən 85 minlik qızıl oğurlanıb
  16 Aprel 2024    Oxunub:451
Masazır qəsəbəsində evdən oğurluq edilib.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti