Cəlilabadda silah-sursat polisə təhvil verilib

Cəlilabadda silah-sursat polisə təhvil verilib
  16 Aprel 2024    Oxunub:633
Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, Cəlilabad rayon sakini bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini polisə könüllü təhvil verib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahını, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini polisə könüllü təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   qanunsuz-silah  





Xəbər lenti