Paytaxtda motosiklet iki qadını vurub

Paytaxtda motosiklet iki qadını vurub
  16 Aprel 2024    Oxunub:632
Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində baş verib.

Qış parkından yolun əks tərəfinə keçmək istəyən 1955-ci il təvəllüdlü Raxamimova Xiba Adıdyayevna və 1963-cü il təvəllüdlü Yusufova Yevgeniya Yumtuyevnanı motosiklet vurub.

Hər iki qadın ağır xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

AzVision.az


Teqlər: hadisə   qəza   Bakı  





Xəbər lenti