Məşhur milyarder: "Moskva Qərbdən daha çox artilleriya istehsal edir"

   Məşhur milyarder:    "Moskva Qərbdən daha çox artilleriya istehsal edir"
  17 Aprel 2024    Oxunub:534
Ukraynaya ABŞ-dan ayrılan maliyyə yardımı kömək etməyəcə. Çünki onlar vəsait çatışmazlığından deyil, Rusiya ordusunun güclü olması səbəbindən uduzurlar.
AzVision.az xəbər verir ki, bu barədə məşhur amerikalı milyarder Devid Saks "X" sosial şəbəkəsində yazıb.

Milyarder: "Bu, Üçüncü Dünya Müharibəsi deməkdir"
“Hazırkı uğursuzluğa səbəb Konqresin gələcək maliyyələşdirmə ilə bağlı hərəkətsizliyi deyil. Əsas səbəb Rusiyanın Ukraynadan daha çox insan resurslarına malik olmasıdır. Moskva Qərbdən daha çox artilleriya istehsal edir və hava üstünlüyünə malikdir”, - Saks yazıb.

Milyarderin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hazırda aviabombaların köməyi ilə Ukrayna infrastrukturunu məhv edir. Ruslar aktiv şəkildə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücumlar edir və ABŞ bu prosesə təsir etmək üçün kifayət qədər hava hücumundan müdafiə sistemləri istehsal edə bilmir.

Xatırladaq ki, Saks bundan öncə də məlum mövzuda diqqət çəkən paylaşım etmişdi. O, Qərbin Ukraynadakı münaqişəyə birbaşa cəlb olunmasının Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracağını deyib.
AzVision.az



Teqlər:   Milyarder  





Xəbər lenti