İrəvanda Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

   İrəvanda Müdafiə Nazirliyinin keçmiş binası partladıldı -    Video
  17 Aprel 2024    Oxunub:633
İrəvanda Ermənistan Müdafiə Nazirliyinin son illərdə Dövlət Gəlirləri Komitəsinin balansında olan keçmiş binası partladılıb.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib. Həmin ərazidə Komitə üçün inzibati binanın tikintisi və xarici iqtisadi fəaliyyət mərkəzinin yaradılması nəzərdə tutulur.

Qeyd olunur ki, 2022-ci ilin yayından evsiz qalan aztəminatlı ailələr boş olan bu binaya köçməyə başlayıblar. Buna baxmayaraq, ailələr 2023-cü ilin fevralında binadan çıxarılıb.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti