Türkiyəli veteranlar Azərbaycana gəliblər
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq.
Nazir S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə və avtomobillə təminatı sahəsində mühüm addımlar atılır. Bu kateqoriyalardan olanlara dövlət vəsaiti hesabına mənzil və avtomobillər verilir. O əlavə edib ki, bu il müavinətlər və təqaüdlər 100 faizədək artırılıb.
Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşları təmsil edən qeyri-hökümət təşkilatları ilə sıx əlaqələr yaradılıb. Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.
Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər. Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.
Azvision.az
Teqlər: ƏƏSMN