Kolumbiya İsrail ilə diplomatik əlaqələrini kəsib

   Kolumbiya İsrail ilə diplomatik əlaqələrini kəsib
  03 May 2024    Oxunub:748
Kolumbiya hökuməti Qəzzada Fələstin xalqına qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmi şəkildə açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, qərar barədə şifahi nota İsrail səfirliyinə çatdırılıb və diplomatik missiyanın ölkədən çıxması ilə əlaqədar möhlət verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kolumbiya   İsrail  





Xəbər lenti