Zığ-Suraxanı yolunun bir hissəsi yenidən qurulur
Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılır. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanmasına start veriləcək. Ümumilikdə 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənəcək.
Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi nəzərdə tutulub. Səkilərin kənarına 6.5 min p/metr yeni səki daşı düzüləcək.
Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə 4 yerdə xüsusi quyular tikilərək yağış barmaqlıqları, həmçinin gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün bir-neçə yerdə ehtiyat keçidlər qoyulacaq.
AzVision.az