Britaniya Kral Prokurorluq Xidmətinin rəhbəri Bakıda

Britaniya Kral Prokurorluq Xidmətinin rəhbəri Bakıda
  30 Sentyabr 2024    Oxunub:861
Baş prokuror Kamran Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Prokurorluq Xidmətinin rəhbəri Stifen Parkinsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Birləşmiş Krallığın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən Kamran Əliyev ölkələrarası tarixi ticarət və mədəni əlaqələrin mövcudluğuna nəzər salıb.

Azərbaycanın prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Kral Prokurorluq Xidmətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

AzVision.az



Teqlər:





Xəbər lenti