İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib

İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  28 Sentyabr 2024    Oxunub:1053
İsrail ordusu Beyruta növbəti zərbəsi zamanı "Hizbullah" hərəkatının hərbi qanadının kəşfiyyat idarəsinin üzvü Həsən Xəlil Yasini öldürdüyünü bildirib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, İsrail ordusu Beyruta növbəti zərbəsi zamanı "Hizbullah" hərəkatının hərbi qanadının kəşfiyyat idarəsinin üzvü Həsən Xəlil Yasini öldürdüyünü bildirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, o, İsrail Hərbi Hava Qüvvələrinin "Hizbullah"ın yerləşdiyi Beyrutun Dahiya bölgəsinə endirdiyi zərbə nəticəsində məhv edilib.

"Yasin İsrailin şimal sərhədində və İsrail ərazisinin dərinliklərində mülki və hərbi hədəflərin müəyyən edilməsinə cavabdeh olan şöbəyə rəhbərlik edib", - deyə bildirilib.

Qeyd edək ki, son günlərdə İsrail ordusunun kəskin və dəqiq hücumları nəticəsində "Hizbullah"ın onlarla komandiri öldürülüb . İsrail mediası öldürülən şəxslərin fotolarını paylaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti