Bildirilir ki, bu vəzifəyə Nəsrullahın dayısı oğlu Haşim Səfiəddin gətirilib. O, 2001-ci ildən bəri "Hizbullah"ın İcra Şurasının sədri kimi çalışırdı. Qardaşı Abdullah Səfiəddin qruplaşmanın İrandakı nümayəndəsidir. Oğlu Seyid Rza isə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin qızı Zeynəblə evlidir.
"Hizbullah" lideri öldürülüb |
Xatırladaq ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubunda yerləşən Zahiyə qəsəbəsindəki "Hizbullah" qərargahına aviazərbə nəticəsində həyatını itirib. O, 1994-cü ildən bəri təşkilatın lideri idi.
Firudin Həmidli
AzVision.az