Heydər Əliyev prospektində ağır qəza

Heydər Əliyev prospektində ağır qəza
  24 Avqust 2017    Oxunub:1317
Bir qədər əvvəl Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, metronun "Koroğlu" stansiyası istiqamətində əsas yolda "Prado" markalı nəqliyyat vasitəsi aşıb. Hazırda prospektin həmin hissəsində sıxlıq var.

AzVision.az


Teqlər: Qəza   Sıxlıq  





Xəbər lenti