Nazirlik şirkət nümayəndəsini cərimələdi
Araşdırma zamanı sözügedən ərazinin “Binagadi Oil Company” Şirkəti tərəfindən hasara alındığı aşkar edilib. Faktla bağlı işin icrasına cavabdeh olan “Binagadi Oil Company” Şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün “Binagadi Oil Company” Şirkətinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron rayon Polis İdarəsinə və “Binagadi Oil Company” Şirkətinə müraciət olunub.
AzVision.az
Teqlər: