Nazir Yardımlıda qəbul keçirəcək

Nazir Yardımlıda qəbul keçirəcək
  25 Avqust 2017    Oxunub:1238
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 8-də saat 10:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Lənkəran şəhəri, Fizuli küçəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) xahiş olunur.

AzVision.az



Teqlər: ETSN   Nazir  





Xəbər lenti