Gömrükdə telefon əməliyyatı

Gömrükdə telefon əməliyyatı
  25 Avqust 2017    Oxunub:1413
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Naz Lifan" markalı avtomobilə gömrük baxışı keçirilib.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, baxış zamanı vətəndaşın üzərində 6 ədəd "X-BO" markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd "qulaqcıq" aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az




Teqlər: DGK   telefon  





Xəbər lenti