İlham Əliyev moldovalı həmkarını təbrik edib

İlham Əliyev moldovalı həmkarını təbrik edib
  26 Avqust 2017    Oxunub:1198
Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İqor Dodona təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Azərbaycan Prezidenti moldovalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Moldova xalqına sülh və rifah diləyib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti