Partlayışa görə qərargah yaradıldı - Əhali arasında ölən yoxdur

Partlayışa görə qərargah yaradıldı - Əhali arasında ölən yoxdur
  27 Avqust 2017    Oxunub:4555
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən partlayış zamanı mülki əhali yarasında xəsarət alan və ölən olmayıb.
Bu barədə AzVision.az-a Giləzi qəsəbəsinin icra nümayəndəsi Aydın Dadaşov məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı qərargah yaradılıb.

“Hadisə Giləzi inzibati ərazisində baş verib. Partlayışa göerə kəndin əhalisi təxliyə olunub. Mülki şəxs xəsarət almayıb. Hadisə ilə bağlı qərargah yaradılıb. Qərargah kəndə dəymiş ziyanı müəyyən edecək. Yanğın hələ də davan edir"- icra nümayəndəsi deyib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Hərbi-hissə   partlayış   Silah-anbarı   Giləzi  





Xəbər lenti