Təxliyə edilən sakinlər üçün çadır şəhərciyi yaradılır

Təxliyə edilən sakinlər üçün çadır şəhərciyi yaradılır
  27 Avqust 2017    Oxunub:4366
Xızı rayonunda yerləşən N saylı hərbi hissənin silah anbarında baş verən yanğın və partlayışla əlaqədər evlərindən təxliyə edilən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çadır şəhərciyi yaradılır.
AzVision.az xəbər verir ki, aidiyyatı dövlət qurumları tərəfindən təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, onların məişət və həyat təminatının təmin edilməsi üçün lazımi işlər görülür.

Qeyd edəkki, partlayış baş verən hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məşədihəsənli və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyə ediliblər.

AzVision.az


Teqlər: Xızı   Partlayış  





Xəbər lenti