Portuqaliyalı diplomat Azərbaycan XİN-ə çağırılıb
O bildirib ki, Portuqaliya nümayəndəsinin bu səfərinin fərdi xarakter daşıdığı, Portuqaliya XİN-nin internet saytında Dağlıq Qarabağa səfərlərdən çəkinmək üçün ölkə vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunaraq, məsələ barəsində Azərbaycanın narahatlığının öz ölkəsinə çatdırılacağı bildirilib: “Portuqaliya beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin noyabrında Portuqaliyaya rəsmi səfəri çərçivəsində Portuqaliyanın bu rəsmi mövqeyi ölkənin xarici işlər naziri və digər rəsmiləri tərəfindən bir daha səsləndirilib. Ermənistan tərəfinin bu kimi lüzumsuz təxribatçı əməllərin əvəzinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar təkliflərinə uyğun olaraq konstruktiv addımlar atması regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə faydalı olardı”.
Hikmət Hacıyev bildirib ki, haqqında bəhs olunan şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
AzVision.az
Teqlər: XİN Azərbaycan Portuqaliya