ANS-in keçmiş aparıcısı iş axtarır

ANS-in keçmiş aparıcısı iş axtarır
  28 Avqust 2017    Oxunub:2409
Tanınmış telejurnalist Azadə Balayeva Space TV-nin xəbərlər departamentinin baş redaktoru vəzifəsindən ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist "Facebook" səhfəsində məlumat paylaşıb. Bildirib ki, hazırda yeni iş təkliflərini dəyərləndirməyə hazırdır. Onun işdən hansı səbəbdən ayrıldığı məlum deyil.

“Bir aylıq məzuniyyətin ardından Space TV-də 4 illik fəaliyyətim başa çatdı. Bu gündən rəsmən işsiz sayılıram və aktiv iş axtarışındayam. Uyğun bildiyiniz iş təkliflərinə sevinərəm”.

Qeyd edək ki, A.Balayeva bundan öncə ANS televiziyasında çalışıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Space   ANS   Azadə-Balayeva  





Xəbər lenti