İsrail səfiri üç rayona səfər edib
Səfər zamanı səfir Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüşüb. Görüşlər zamanı rayon rəhbərləri D.Stava rayonun iqtisadiyyatı və investisiyaların cəlb edilməsinə dair imkanlar haqqında məlumat veriblər.
D.Stav iqlim bənzərliyinə görə bu regionların əkin sahələrində İsraildə istifadə olunan texnologiya və təcrübədən yararlanmağın mümkün olduğunu vurğulayıb. O, rayon icra hakimlərinə kurslar keçməklə insan potensialının artırılması məqsədilə İsrail Beynəlxalq İnkişaf Agentliyi (MASHAV) ilə əməkdaşlığın gücləndirilməsini təklif edib.
İsrail səfiri həmçinin Göyçayda keçirilən nar ağaclarının yetişdirilməsi ilə bağlı seminarın işinə qatılıb. Seminarda iki israilli ekspert - İtshak Kosto və Yoav Qal da iştirak edib.
AzVision.az
Teqlər: İsrail Azərbaycan