Azərbaycana 1000-dən çox hotel lazımdır
Hazırda Azərbaycanda 575 hotelin olduğunu deyən M.Ağakərimovun sözlərinə görə, bu göstərici ölkəmiz üçün həddindən artıq azdır: "Azərbaycana daha çox sayda turistlərin cəlb edilməsinin vacibliyi qeyd olunur. Lakin o da xüsusi qeyd edilməlidir ki, hotellərin sayı çox azdır. Bakıda təxminən 155 hotel var. Bu da çox aşağı göstəricidir. Azərbaycanda elə hotellər var ki, onun cəmi 7-10 nömrəsi var”.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycana 956 min nəfər turist gəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm 768 min nəfər olub.
AzVision.az