Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
  29 Avqust 2017    Oxunub:2632
Azərbaycanda müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Nazirlikdən bildirilib ki, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib.

Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 29-30-da Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected] və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

AzVision.az




Teqlər: Təhsil-Nazirliyi   müəllim  





Xəbər lenti