İngiltərədən “Qarabağ” azarkeşlərinə güzəşt

İngiltərədən “Qarabağ” azarkeşlərinə güzəşt
  29 Avqust 2017    Oxunub:4378
Böyük Britaniyanın Bakıdakı səfirliyi “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Çelsi” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb.

Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford "Bric" stadionunda keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Böyük-Britaniya   Viza   Qarabağ  





Xəbər lenti