Ağır çantalar uşaqlar üçün təhlükəlidir - Nazirlikdən müraciət
Bildirilib ki, dərs ilinin başlanması bir sıra problemlərin də ortaya çıxarır ki, bu problemlərdən biri də məktəbli çantalarının ağır olmasıdır: "Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir. Bu problemlərdən biri də uşaqların hədsiz isti geyimlərlə geyindirilməsidir. Bu da immun sisteminin zəifləməsi ilə nəticələnir. Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulması yaranan problemlərdən biridir ki, burada yuxu əsas rol oynayır. Uşaqları rejimə alışdırmaq böyüklərə nisbətən çox çətindir. Bu səbəbdən tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır".
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi