Sumqayıtda gecələr üfunət iyi gəlir
Sektor müdiri sonuncu dəfə 500 manat cərimə tətbiq oldunuğunu deyib: “Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub göndərmişik. Xahiş etmişik ki, bununla bağlı tədbirlər görsünlər”.
Nazirlik rəsmisi qeyd edib ki, ötən gün Sumqayıtda müşahidə olunan pis qoxu şəhərin “İnşaatçılar” qəsəbəsində yerləşən qamışlıq ərazinin yandırılması ilə əlaqədardır.
“Şəhər rəhbərliyi və işçilərimiz həmin ərazidə olublar. Orada pis qoxu müşahidə olunur. Biz bu məsələ ilə bağlı akt yazıb, təqsirkarın müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə məktub göndərmişik”.
R.Mirzəyev vurğulayıb ki, Sumqayıtda zibil poliqonu 1990-cı ildə yaradılıb və müasir tələblərə cavab vermir: “Həmin poliqona görə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunu. Zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulamışpıq. Həmin əraziyə təkcə Sumqayıtdan yox, Abşerondan gələn tullantılar da daşınır. Gələcəkdə poliqonun ləğv edilməsi və orada emaledici qurğunun tikilməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Sumqayıt