Ölkəmizdə sonsuzluq artır - Problem daha çox kişilərdədir

Ölkəmizdə sonsuzluq artır - Problem daha çox kişilərdədir
  31 Avqust 2017    Oxunub:3634
Azərbaycanda son zamanlar süni mayalanma üsulundan istifadə halları artıb.

AzVision.az-ın məlumatına görə, bunu Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova deyib.
O, bildirib ki, bunu valideynlərin istəyi ilə deyil, son illər sonsuzluğun artması ilə əlaqələndirmək lazımdır:

“Adətən sonsuzluqdan əziyyət çəkən şəxslər çıxış yolu kimi süni mayalanmanı seçirlər. Sonsuzluğun səbəbləri müxtəlif ola bilər. Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır. Onlarda olan infeksiyalar, həyat tərzi və digər məsələləri sonsuzluğun səbəbləri kimi göstərmək olar”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sonsuzluq  





Xəbər lenti