Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında
  31 Avqust 2017    Oxunub:7670
“Global Fire Power” mərkəzi dünyanın ən güclü ordularının reytinqini açıqlayıb.
AzVision.az mərkəzin saytına istinadən xəbər verir ki, reytinq 50 göstərici əsasında təyin edilib.

133 ölkənin yer aldığı siyahıda Azərbaycan ordusu hərbi gücünə görə 58-ci sıradadır. Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdədir.

Reytinq siyahısı hazırlanarkən ölkələrin ordularının şəxsi heyətinin, ehtiyatda olan hərbçilərin, orduya yararlı insanların sayı, orduların arsenalındakı silahların müxtəlifliyi və ölkənin infrastrukturu nəzərə alınıb.

Siyahının ilk üç pilləsində ABŞ, Rusiya, Çin qərarlaşıb. Daha sonra isə Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir orduları yer alıblar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azərbaycan   Ordu  





Xəbər lenti