Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb
  31 Avqust 2017    Oxunub:1137
Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq başa çatıb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

AzVision.az


Teqlər: ATƏT   Monitorinq  





Xəbər lenti