Müdafiə Nazirliyi ermənilərin yalanını üzə çıxardı

Müdafiə Nazirliyi ermənilərin yalanını üzə çıxardı
  31 Avqust 2017    Oxunub:2393
Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: “Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktı qeydə almayıblar”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Monitorinq  





Xəbər lenti