Kəlbəcər girovunun oğlu ATƏT-də çıxış edəcək

Kəlbəcər girovunun oğlu ATƏT-də çıxış edəcək
  31 Avqust 2017    Oxunub:2859
Erməni girovluğunda saxlanılan azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova Şengen vizası verilib.

Bu barədə AzVision.az-a Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov məlumat verib.
O bildirib ki, vizanın alınmasında məqsəd Kürdoğlu Əsgərovun ATƏT-in Varşava Sammitində iştirakını təmin etməkdir.

"11-22 sentyabr tarixində Varşavada ATƏT-in növbəti Sammiti keçiriləcək. Sammitdə 57 ölkənin diplomatları, həmçinin insan haqları təşkilatları və media mənsubları iştirak edəcək. Girovlarımızla bağlı çıxış edəcəyik. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov nitq söyləyəcək".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Dilqəm-Əsgərov   Girov  





Xəbər lenti