Ermənilər Xocavənddə qanunsuz qazıntı işləri aparır

Ermənilər Xocavənddə qanunsuz qazıntı işləri aparır
  31 Avqust 2017    Oxunub:2816
İşğal altında olan Xocavəndin Tuğ kəndində tarixi Alban kilsəsində qanunsuz arxeoloji qazıntılar aparılır.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qazıntı işlərinə Hasmik Simonyan başçılıq edir.
Məlumata görə, albanlara məxsus Müqəddəs Hovhannes kilsəsinin cənubunda, kilsəyə bitişik tikilidə aparılan qazıntılar zamanı 8 skelet aşkarlanıb.

Xatırladaq ki, kilsə bölgədə yaşayan xristian albanlar tərəfindən XVIII əsrin 20-30-cu illərində tikilib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Xankəndi  





Xəbər lenti