Evdən qızıl oğurlayan dəstə tutulub

Evdən qızıl oğurlayan dəstə tutulub
  01 Sentyabr 2017    Oxunub:1588
Nərimanov rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nərimanov RPİ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayon ərazisində evlərin birindəki seyfdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Fəxri Nərimanlı, əvvəllər məhkum olunmuş Qara Məmmədov və Nurlan Məmmədov tutulublar.

AzVision.az


Teqlər: Oğru  





Xəbər lenti