Kərəm Həsənovun qəbul vaxtı dəyişdi

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin “[email protected]” elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsinin (02026) 5-01-07, (02024) 5-01-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.
AzVision.az
Teqlər: Kərəm-Həsənov