HƏMAS İsraillə danışıqları rədd edir

HƏMAS İsraillə danışıqları rədd edir
  06 May 2025    Oxunub:261
İsrailin yeni Qəzza planından sonra atəşkəs danışıqlarının heç bir mənası yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan yüksək vəzifəli rəsmisi danışıb.

Onun sözlərinə görə, danışıqlara maraq İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada yeni intensiv hərbi əməliyyat keçirəcəyi barədə sözlərindən sonra itib.

Öz növbəsində HƏMAS liderlərindən biri Abdel Rəhman Şadid bəyan edib ki, Fələstin hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır və hazırda İsraildən hərəkət gözləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti