Sülh Platforması yəhudi xalqına başsağlığı verib

"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı bütün yəhudi xalqına və bu faciəli hadisələr zamanı sevdiklərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir. BMT-nin Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul edilmiş A/RES/60/7 saylı qətnamədə deyilir: "Beynəlxalq ictimaiyyət, "etnik mənşəli və ya dini inanclardan irəli gələn fərdlər və ya toplumlara qarşı dini dözümsüzlük, təhqir, təqib və şiddətin bütün təzahürlərini birmənalı şəkildə qınayır. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu tezisləri dəstəkləyir və bu ağrıya həmdərd olanlara qoşulur. Bu cür faciələr bir daha təkrar olmamalıdır!".
AzVision.az
Teqlər: Sülh-Platforması