Afrində bir həftədə 394 terrorçu öldürülüb

Afrində bir həftədə 394 terrorçu öldürülüb
  27 Yanvar 2018    Oxunub:1809
Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı başlayandan bu günə kimi terrorçuların 340 hədəfi məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar zamanı ümumilikdə 394 PKK, PYD-YPG və İŞİD terror təşkilatının üzvü öldürülüb.

"Zeytun budağı" əməliyyatında Türkiyə ordusu 3 şəhid verib, 30 hərbçi yaralanıb, Azad Suriya Ordusunun isə 30 üzvü həlak olub, 24 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Afrin   PKK   İŞİD  





Xəbər lenti