Lavrov Çavuşoğlu ilə Suriyanı müzakirə edib

Lavrov Çavuşoğlu ilə Suriyanı müzakirə edib
  28 Yanvar 2018    Oxunub:1816
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, telefon söhbəti zamanı nazirlər 29-30 yanvar tarixlərində Soçidə keçirilməsi gözlənilən Suriya milli dialoq konqresini müzakirə ediblər.

Qeyd edək ki, konqresdə Suriyadakı siyasi qüvvələrin bütün spektrını əhatə edən 1500-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

AzVision.az


Teqlər: Türkiyə   XİN   Lavrov   Çavuşoğlu  





Xəbər lenti