Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edəcək

Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edəcək
  09 Mart 2018    Oxunub:1323
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 16-da saat 10:00-da Ağcəbədi rayon prokurorluğunun inzibati binasında Ağcəbədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
Baş prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcəbədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər: Zakir-Qaralov   Qəbul   Ağcabədi  





Xəbər lenti