Nazirlikdən güclü külək xəbərdarlığı

   Nazirlikdən güclü külək xəbərdarlığı
  04 Yanvar 2019    Oxunub:2713
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, 05-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Azərbaycanın rayonlarında da yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal edilir.

Azvision.az



Teqlər: ETSN   Hava   Külək  





Xəbər lenti