Lənkəranda piyada əleyhinə mina aşkarlanıb

  15 Sentyabr 2019    Oxunub : 1169
Lənkəranda piyada əleyhinə mina aşkarlanıb
Lənkəran rayonu, Digah kəndi ərazisində piyada əleyhinə təlim minası tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a bildirilib ki, 14 sentyabrda saat 15:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, Digah kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə gətirilmiş qumun içərisinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan piyada əleyhinə təlim məqsədli PMN-2 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Azvision.az

Teqlər: