Tapança satmaq istəyən şəxs saxlanılıb

Tapança satmaq istəyən şəxs saxlanılıb
  06 May 2024    Oxunub:1300
Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb.
AzVision.az DİN-ə istinadnən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Şöbəyə Bərdə rayon sakini 1964-cu il təvəllüdlü Teyyub Nuruşovun odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb.

T.Nuruşov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti