Pirotexniki vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısı alınıb

Pirotexniki vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısı alınıb
  07 Yanvar 2020    Oxunub:1642
Respublikanın daxili işlər orqanlarının əməkdaşları ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görürlər.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Yeni il ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 30-dək respublikada tədbirlər keçiriblər. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 31 min 400 ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Pirotexniki   Partlayıcı  





Xəbər lenti