Əsəd ordusunun sutka ərzində verdiyi itkilər

Əsəd ordusunun sutka ərzində verdiyi itkilər
  03 Mart 2020    Oxunub:1709
“Bahar qalxanı” əməliyyatı çərçivəsində son 24 saat ərzində İdlibdə 327 Suriya hərbçisi zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində "Bahar qalxanı" əməliyyatı çərçivəsində (əməliyyat fevralın 27-də İdlibdə başlayıb) rejimin bir helikopteri, dronu, 6 tankı, 5 haubitsa, 2 hava hücumundan müdafiə sistemi, 3 zirehli personal daşıyıcısı, 5 silah yüklənmiş yük maşını, 6 hərbi vasitə və bir silah-sursat anbarı məhv edilib. Suriya rejiminin 327 əsgəri zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   İdlib  





Xəbər lenti