Xəzər İbrahim İdlibdə yaralanmış əsgərlərə baş çəkdi - FOTO

  03 Mart 2020    Oxunub : 5621
Xəzər İbrahim İdlibdə yaralanmış əsgərlərə baş çəkdi - FOTO
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Hatay Dövlət Xəstəxanasında müalicə olunan yaralı türk əsgər və zabitlərini ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkəmizin Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

X.İbrahim Azərbaycan dövləti adından yaralılara şəfa diləyib. Həmçinin, onlara Azərbaycan sovqatları təqdim olunub.




Pərvanə Sultanova
Azvision.az

Teqlər: Səfir   Türkiyə