Əliyevlə mənasız offşor oyunları keçmədi

Əliyevlə mənasız offşor oyunları keçmədi
  09 Aprel 2013    Oxunub:2716
Dünyanı birinci dəfə heyrətləndirən Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsoriumu, artıq bir neçə dəfə ölkəmizin ictimai fikrini silkələyə bilib. Bunları bir qədər açıqlamağa çalışaq.

Görəsən, birdən-birə Britaniyanın Virciniya adalarındakı (BVİ) 120 min “ofşor” şirkətlərə aid 2.5 milyon səs yazısı, bank hesabları ilə bağlı sənədlər, həmin kompaniyaların müştərilərlə e-mail yazışmaları, təsisat sənədlərinin surətlərini əldə edən araşdırmaçı jurnalistlər dünyanı necə təəccübləndirə bildi?
Dünyanı heyrətləndirən əslində bu kimi gizli sənədlərin, eksklüziv məlumatların əldə edilməsidir. Onları jurnalistlərə ya şirkət sahiblərinin özləri, ya da dünyanın aparıcı xüsusi xidmət orqanları veriblər.

Vikiliks - tam unudulmamış keçmiş

Konsorsium məlumatların əldə edildiyi mənbə barədə açıqlama verməkdən imtina edir. Jurnalistlərin konsorsiumunun mənbəni ələ verəcəyini düşünmək axmaqlıq olardı. Lakin aydındır ki, məlumatları offşor şirkətlərinin rəhbərləri ötürməyib. Bunu müəyyən etmək üçün güclü məntiq və ya deduktiv düşüncəyə sahib olmaq o qədər də vacib deyil. Hansı şirkət öz məxfi materiallarını açıq-aşkar ortaya qoyar? Və yaxud hansı şirkət öz hazırkı və ya gələcək müştərilərini əldən buraxmaq istər? Bu, istənilən iş adamı və ya bankir üçün özünə qəsdə bərabərdir!

Hansısa təsadüfə göz yummaq olar, məsələn tutaq ki, Rusiyanın baş nazirinin müavini Şuvalovun və ya hansısa bir məmurun sənədləri jurnalistlərin əlinə keçib, lakin hazırkı məsələdə söhbət bütövlükdə offşor şirkətlərin sənədlərindən gedir. Bu qədər məxfi sənədi ələ keçirmək qabiliyyəti yalnız olduqca güclü bir mənbəyə aid olsun gərək...

Hətta Vikiliksin arxasında Amerika Xüsusi xidmət orqanlarının dayandığı məlum oldu. Aydın oldu ki, Vaşinqtona sadəcə olaraq, Amerikaya planlarını həyata keçirilməyə mane olan liderlər və iş adamları ilə bağlı məlumatların sızması lazım imiş.

Konsorsiumda kimlərin adlarının hallanmasına diqqət yetirin: Putinin dostları, Vaşinqtonun gündəmində olan əsas məsələlərdən biri - “Maqnitskiy” ilə əlaqədar sənədlər, daha sonra Əliyevin qızları, Amerikanın aşına bir xeyli su qatan Gürcüstanın baş naziri Bidzina İvanişvili, Amerikanın Ukrayna ilə bağlı planlarını pozan Viktor Yanukoviçin dostlarında biri Dmitriy Fitraş, Venesualanın baş anti-amerika siyasətçisi, Uqo Çavesin müttəfiqi Xose Qutyerres, solçu və bir çox məqamlarda amerikalılarla razılaşmayan Fransua Olland və başqaları...

Başqa sözlə desək, jurnalistlərə yalnız müəyyən dövrlərdə, müəyyən məsələlərdə Amerika ilə qarşılıqlı anlaşılmazlıqları olanlar barədə materiallar ötürülüb.
Əlbəttə ki, siyahıda amerikalı və britaniyalıların da adları var. Lakin onlar əsasən diş həkimləri, həkimlər və ya öz sözünü deməmiş xırda biznes təmsilçilərindən ibarətdir.
O ki qaldı adları çəkilən məşhurlara, onlar da Obama administrasiyasının sevmədiyi şəxslərdir. Məsələn, britaniyalı Neyl Qeyteli amerikalılar İran hökuməti ilə əməkdaşlıqda günahlandırırlar.

Vaşinqton Konsorsiumu

Diqqətli oxucu və ya müşahidəçi yəqin ki, 2009-cu ildə yaşanan iqtisadi böhran zamanı amerikalıların İsveçrə banklarındakı hesabları ətrafında yaranan qalmaqaldan, UBS və Amerikanın Federal Vergi xidməti arasındakı gərginlikdən sonra Obama administrasiyası faktik olaraq offşorlara müharibə elan etdi. Amerikalılar İsveçrəni sağlam olmayan rəqabət aparmaqda günahlandırdılar. Və ondan amerikalıların 52 min hesabı haqda məlumatları tələb etdilər. Bu hadisədən sonra Ağ Ev birmənalı şəkildə offşorlara özü nəzarət edəcəyini bəyan etdi. Başqa sözlə desək, ABŞ bir daşğa iki quş vurdu- heç bir vergi rüsumu olmadan ölkə iqtisadiyyatına böyük kapital axınının geri qaytarılmasını təmin etdi və bütün dünyada öz siyasi rəqiblərini nüfuzdan salmaqla vergi “cənnət”lərinə etimadı gözdən saldı. Bütün bunlar, sözsüz ki, xüsusi xidmət orqanlarının əməyi hesabına başa gəldi.

Eyni zamanda, Vaşinqton bu xüsusi əməliyyatı Araşdırmaçı Jurnalistlər Konsorsiumunun köməyilə həyata keçirdi. Yeri gəlmişkən, bu təşkilatın özü də elə amerikalılar tərəfindən yaradılıb və maliyyələşdirilir. Onu da qeyd etmək lazımdır ki, sözügedən konsorsiumun sıralarına prezident İlham Əliyevin qohumlarının biznesinin “baş araşdırmaçısı”, jurnalist Xədicə İsmayılova da daxildir. Onun da əlinə keçən məlumatların arxasında Amerikanın xüsusi xidmət orqanları dayanırlar. Xədicə İsmayılovaya bu işdə konsorsiumun digər üzvü, redaktor-məsləhətçi və mütəşəkkil cinayətkarlıq və korrupsiyaya həsr olunmuş daha bir Amerika layihəsinin müəllifi Dryu Sallivan da kömək edib.

İlham Əliyevin bütün yaxın və uzaq qohumlarının offşor şirkətlərində gizli araşdırmalar aparmış həmin Dryu Sallivanın sözlərinə görə, 2010-cu ildə Amerikanın dövlət və qeyri-dövlət mənbələrindən KİV-in inklişafına yarım milyard dollar ayrılıb və bu məbləğin 12 faizi jurnalist araşdırmalarına sərf olunub. “Sponsorlar jurnalist araşdırmalarında maraqlıdırlar”,– deyə Sallivan 2013-cü il yanvarın 16-da Vaşinqtonda keçirilən Jurnalist Araşdırmaları üzrə Forumda çıxışı zamanı bildirib.

Elə həmin Sponsor da araşdırmaçı jurnalistlərin konsorsiumunu yaradıb. 1997- ci ildə Vaşinqtonda KİV-ə Beynəlxalq Yardım Mərkəzi yanında yaradılmış konsorsium Amerika və Britaniya fondları, eləcə də, Soros, Pakkard, Vaterloo və digər fondlar tərəfindən maliyyələşdirilib. Ən maraqlısı isə budur ki, Virciniya adalarından əvvəl konsorsiumun jurnalistləri “Qlobal istiləşmə və iqlim dəyişməsi” adı altında İraq və Əfqanıstanda araşdırmalar aparıblar. Tütün şirkətlərində narkotik maddə qaçaqmalçılığı və cinayətkarlıq araşdırmaları adı altında Meksikada Amerikanın maraqlarını həyata keçiriblər.

Nəzərinizə çatdıraq ki, konsorsiumun direktoru, heç bir nüfuza sahib olmayan Miçiqan Universitetinin adi elmi işçisi Jerard Rayl əvvəllər Avstraliya və İrlandiya qəzetlərində çalışıb. Heç bir əqli və ya fiziki bacarığı olmayan bu insanın araşdırmaçı jurnalist kimi də ortaya qoyulası bir materialı yoxdur ki, ona Virciniya adaları üzrə araşdırma kimi bir iş tapşırılsın.

Okeandakı cinlər adası

“Niyə məhz Virciniya adaları” deyə sual edilə bilər. Qərbdə hələ də mövcud olan iqtisadi böhranla daha efektli mübarizə aparmaq üçün. Belə ki, ixrac edilməsi lazım olanı ixrac etməyə, başqa sözlə desək, ofşor zonalardan nəhəng kapitalı geri qaytarmağa qərar veriblər.

Dünya Bankının 2012-ci il sənədlərinə əsasən, dünyada qeydiyyatdan keçmiş offşorların 40-50 faizi məhz həmin adaların payına düşür. Həmin ərazilərdə dünyanın yarım milyondon çox offşor şirkətləri fəaliyyət göstərir.

Qeyd edək ki, yerli hökumət həmin şirkətlərin rəhbərlərindən heç bir əlahiddə məlumat tələb etmir. Məsələn,hansısa bir şirkəti qeydiyyata salmaq və ya bir bank hesabı açmaq üçün sadəcə Sinqapurun Portcullis TrustNet və yerli Commonwealth Trust Limited şirkətinə müraciət etmək kifayətdir. Maraqlısı isə budur ki, məhz həmi qeydiyyatçıların sənədləri olduqca qeyri-adi bir yolla konsorsiumun əlinə keçib.

İsmayılovanın “sensasiyası”

Konsorsiuma üzv jurnalistlərə təqdim olunan məxfi sənədlər arasında azərbaycanlı jurnalist Xədicə İsmayılova prezident İlham Əliyevi də günahlandıran bir sıra sənədlər “aşkarlayıb”. Amma X.İsmayılovanın materialından 2 gün öncə konsorsium milyonlarla sənədin peyda olmasını anons edərkən ,nədənsə öz diqqətini Rusiya, Azərbaycan və Monqolustan hakimiyyətinin nümayəndələri üzərində cəmləmişdi. Sanki konsorsium qəsdən çalışırdı kli, dünya oxucusunun diqqətini Putinin dostları və Əliyevin qohumlarına tərəf yönəltsin.

Bəs niyə Ollandın yox? Və ya alman maliyyə titanı “Deutche Bank”-ın yox? Sonralar məlum oldu ki, Amerika xüsusi xidmətlərinin qovluqlarından qərb müəssisələrinin institut nümayəndələrinə aid sənədlər də “düşüb”. Amma amerika KİV-ləri nədənsə Avropa liderləri haqqında susaraq, öz ekranlarında ancaq prezident Əliyev və baş nazir müavini Şuvalovu nümayiş etdirirdilər.

Sanki pərdə arxasından hansısa kukla oynadan ictimai diqqəti məhz İlham Əliyevin şəxsiyyətinə çəkirdi. Azərbaycan prezidentinin şəxsiyyətinə bu qədər marağın olmasının səbəblərinə biz hələ qayıdacıyıq, hələlik isə azərbaycanlı jurnalistin ağzından çıxmış Virciniya işinin sensasion qiymətləndirilməsindən danışaq.

X.İsmayılova deyir ki, Virciniya adalarında offşorların qeydiyyatı qanunsuz işdir. Və Prezidentin qohumları offşor biznesinə qarışmqla qanunu tapdalayıblar. X.İsmayılovanın “araşdırmaları”ndan belə təəsurat yaranır ki, söhbət oğurluq pullardan gedir. Ola bilər ki, xanım İsmayılova küçədəki adamların gözündən pərdə asa bilib, amma hətta iqtisadiyyat elmindən başı çıxmayan da bilir ki Xədicə sadəcə, yalan danışır. Bəs əslində Offşor nədir? X.İsmayılova və digər həvəskarlar üçün buna aydınlıq gətirək.

Offşor nədir?

Xədicə İsmayılovanın “offşor” dediyi və prezidentin ailə üzvlərinin “qanunsuz biznesi” adlandırdığı sahə əslində tam qanuni şəkildə fəaliyyət göstərən biznes sahəsidir. Yəni burada kriminal heç nə yoxdur. Özünü ağıllı göstərməyə çalışan jurnalist heç olmasa iqtisadçı-ekspertdən məsləhət ala bilərdi. Xədicə İsmayılova yazır: “Prezident və ailə üzvləri gizli offşor şirkətlərini qeydiyyatdan keçiriblər”. Halbuki, “gizli offşor şirkəti” anlayışı yoxdur.

Offşor sözünün ingilis dilindən tərcüməsi “Sahildən kənar” anlamını verir. Offşor zonalarda biznes fəaliyyətinə yatrım edən sahibkarlara vergidən azad olma və bir sıra digər imtiyazlar təqdim edilir. Bu imtiyazlardan istifadə edən şəxslər qanunu pozmuş sayılmırlar. Onların offşor deyilən ərazilərdəki firmaları beynəlxal iqtisadi qaydalara uyğun olaraq fəaliyyət göstərir.

Xədicə İsmayılovanın məntiqi

Amerikanın sızdırdığı məlumatlara istinad edən jurnalistlər bildirirlər ki, 2008-ci ildə “İntersun” holdinqin prezidenti Abdolbari Gözəlin qardaşı Həsən Gözəl prezidentin övladları Leyla və Arzu Əliyevanın adına Virciniya adalarında biznes təsis etmişdi.

Öncə onu vurğulayaq ki, Leyla Əliyeva 2006-cı ildə Rusiyanın ən böyük iş adamlarından hesab olunan Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub və bu ailənin çox böyük biznesi, “Forbes” jurnalının bildirdiyinə görə, 2 milyard dollar sərvəti var. Leyla Əliyeva da bu ailənin bir üzvü kimi biznesdə pay sahibi olmağa, şəxsi biznes qurmağa hüququ olan bir insandır. Biz “paparazzi” X.İsmayılovanın məntiqinə əsaslansaq, onda Leyla Əliyeva prezidentin qızı olduğuna görə, gərək ömrü boyu biznes qurmaya.

Həmin məntiqi Prezidentin digər qızı Arzu Əliyevaya da aid etmək olar A.Əliyeva Rusiyanın ən varlı adamlarından olan Aydın Qurbanovun oğlu ilə ailə həyatı qurub və “Arbor İnvestments” şirkətinin təsisçisidir. Nəzərnizə çatdıraq ki, prezidentin övladlarının heç bir dövlət müəsisəsində çalışmırlar idarə etdikləri biznes nə Azərbaycan, nə də, beynəlxalaq qanunlara ziddir. X .İsmayılova öz məqaləsində bu biznesin hər hansısa qanuna zidd olan bir tərəfini açıqlaya bilməyib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya gəldikdə isə, onlar həqiqətən də “Arbor İnvestments” firmasının sahibi olublar, lakin bu firma 2003-cü il 14 yanvarda qeydiyyata alınıb və həmin zaman İlham Əliyev Azərbaycanın prezidenti deyildi, Mehriban Əliyeva da deputat mandatı daşımırdı.

İlham Əliyev prezident olmadığı dövrdə tam qanun əsaslarda bizneslə məşğul olmaq səlahiyyətlərinə malik idi və bu haqqından da istifadə edirdi. Azərbaycan sakinlərinin dünyada 200 minə yaxın offşor biznesinin olduğu bildirilir. Nəyə görə X.İsmayılova bunları bir kənara qoyub, 2003-cü ildə tam qanuni formada işgüzar fəaliyyəti göstərən İlham Əliyevin biznesini araşdırır?

İsmayılovanın özünün də qeyd etdiyi kimi, İlham Əliyev 2004-cü ildən etibarən bu firmaya rəhbərlik eləmir və burdan çıxan nəticə odur ki, Prezident heç bir qanun pozuntusuna yol verməyib.
“Nyu-York-Tayms” qəzetinin aparıcı müxbiri olan Endryu Hiqns araşdırmasında offşor zonalarda pul saxmamağın heç bir qanuna zidd olmadığını bildirmişdi.

Abdolbari Gözəl - “Halliburton”un tərəfdaşı

X.İsmayılova yazıb ki, Leyla və Arzu Əliyevalar “İntersun” şirkətinin rəhbəri Gözəl qardaşları, əsasən də Abdolbari Gözəllə əməkdaşlıq edirlər. Bu zaman oxucuda haqlı bir sual yaranır: bəs bu Gözəl qardaşları kimdir? Bəlkə dövlət məmurlarıdırlar?

“İntersun” şirkətinin direktoru olan Abdolbarı Gözəl İranda doğulub və 70-ci illərdə Türkiyəyə gələrək, orada öz şəxsi biznesini qurub. Bir müddət keçdikdən sonra A.Gözəl biznesini genişləndirərək, Türkiyə sərhədlərini aşıb.
O, həmçinin “Teksun” şirkətinin 45% səhmlərinə malikdir. Nəzərinizə onu da çatdıraq ki, Gözəl təkcə Ağalarovun gəlini Leyla Əliyeva ilə deyil, həmçinin Amerkanın dövlət müşaviri Dik Çeniyə yaxın olan “Halliburton” şirkəti ilə də əmakdaşlıq edir. X.İsmayılova isə öz məqaləsində Abdolbari Gözəlin yalnız Əliyevlər ailəsinin biznesini yönəltdiyini deyir.

Kipr məsələsi nə oldu bəs?

Kipr banklarında qalmaqallı vəziyyət yaranan zaman bir sıra media orqanları İlham Əliyevin bu banklarda olan vəsaitilə bağlı anonslar verərək, sübutlar təqdim edəcəyini bildirsələr də, hadisələrin gedişatı göstərdi ki, Rusiya və Ukrayna məmurlarından fərqli olaraq, İlham Əliyevin bu banklarda heç bir vəsaiti yoxdur.

Həmçinin İlham Əliyevin qardaş Türkiyənin mənafeyinə uyğun olaraq, Yunan Kipri ilə münasibət quran zaman məsafə saxlayır. Abdullah Gülün Ermənistanın prezidenti Serj Sərkisyanı təbrik etməsinə baxmayaraq İlham Əliyev Kiprin Yunan hissəsinin prezidenti Nikos Anastadisi nümayişkaranə şəkildə təbrik etmədi. Bütün bunlar bir daha göstərir ki, İlham Əliyevin bu cür münasibət göstərdiyi bir ölkənin banklarında pulunun olması X.İsmayılova kimi jurnalistlərin növbəti absurd fikridir.

Dərinə getsək, Kiprdəki offşorlarda Ermənistan prezidenti Serj Sarkisyan və onun kürəkəni, Ermənistanda son seçkilərə qədər Ermənistanın Prezident aparatının rəhbərinin müavini vəzifəsini tutan, indi isə Vatikanda səfir olan Mikael Minasyana məxsus yüzlərlə kompaniya aşkarlamaq olar. Lap dərinə getsək isə, Virciniya adalarında Sarkisyan və Minasyana məxsus onlarla kompaniya aşkarlamaq olar. Bu kompaniyaların siyahıları elə həmin Konsorsiumun qovluğundadır.

Nədənsə, araşdırmaçı-jurnalistlər Ermənistan prezidenti və Qərbdə qayınatasının əmrlərini yerinə yetirən Minasyanın kompaniyalarını xalqa elan etməyə tələsmir. Çünki Sarkisyan ailəsinin səhmlərini offşor zonalarda məhz Minasyan idarə edir, ailənin əmlakını İtaliyada, Fransada, Bolqariya və başqa ölkələrdə qeydiyyatdan keçirir. Amma Konsorsium və Qərb susurlar. 3 il bundan qabaq olduğu kimi, indi də sifariş öz müstəqil siyasətilə Vaşinqtonu və digər ölkələri qıcıqlandıran başqa bir prezidentə - İlham Əliyeva qarşı yönəlib.

Vaşinqton offtopları

Offtop - Amerika elitasının siyasi leksikonunda yeni sözdür və bu neologizm Şəbəkədə özünü aparmaq, internet-cəmiyyətin riayət etdiyi adət və mədəniyyətin qorunması mənasını verir. Mənim fikrimcə, Amerika-Azərbaycan ortaqlığı tarixində İlham Əliyevin idarəçiliyi dövründə 3-cü dəfədir ki, Vaşinqton elitasında bu, və ya digər qruplaşma yazılmamış offtop qanunlarını qəsdən pozur.

Vaşinqtonla münasibətdə ilk və ən əsas böhran məhz 2005-ci ildə yaranıb. O zaman bir sıra Amerika institutlarının siyası müəssisələri İlham Əliyevi Ağ Evin heç bir göstərişlərini yerinə yetirməyən xoşagəlməz “Amerika neft offşor şirkətinin başçısı” kimi devirmək fikrinə gəlmişdilər. Buna baxmayaraq, İlham Əliyev Amerika siyasətçilərinin gözlədiyi geosiyasi xətti yürütməyə hazır olan “sözəbaxan oğlan” olmadı. Prezident seçildiyi vaxtdan bəri həmişə onun öz fikri olub.

Vaşinqtona strateji cəhətdən vacib olan Azərbaycanda bu cür prezident sərf etmirdi ,ona görə də, 2005-ci ilin oktyabrında onu aradan götürməyə qərar verdilər. Ölkənin daxili işlərinə qarışmaqlarını çox qaba, eybəcər şəkildə nümayiş etdirərək. Sözə daha şox qulaq asan Fərhad Əliyevin əli ilə İlham Əliyevi devirmək cəhdi sonda Amerikanın səfiri Harnişin Azərbaycandan göndərilməsilə nəticələndi. Sonra isə Amerika ekspertləri Azərbaycan hakimiyyətinin nümayəndələrini uzun müddət əmin etməyə çalışdılar ki, alınmayan devirmə cəhdinin arxasında siyasi bomond yox, xüsusi xidmətlərdəki qüvvələr dururdu. Bütün hallarda Ştatlarla münasibətin normallaşdırılmasında maraqlı olan Azərbaycan hakimiyyəti keçmiş kovboy-prezident administrasiyasına inanmalı oldu.

Münasibətlər ortaqlıq səviyyəsinə çatan kimi yenə də böhran başladı.Parlaq və fenomenal şəxsiyyət olan yeni prezident Obama Ermənistan diasporuyla öhdəliklərlə bağlıydı. O, bu öhdəliklərin yerinə yetirilməsi üçün ilk olaraq Ermənistan-Türkiyə sərhədlərinin açılmasına səy göstərdi. Fətullah Gülənin təsir göstərdiyi türk hakimiyyətini yumşaltdılar, erməniləri əydilər, amma yeganə əngəl qalırdı - sındırılması mümkün olmayan İlham Əliyev.

O, sonadək müqavimət göstərirdi, çünki çox gözəl başa düşürdü ki, Ermənistanın təcriddən çixması, sərhədlərin açılması Azərbaycanın siyası və diplomatik məğlubiyyətinin başlanğıcıdır; o Azərbaycanın ki, məhz İlham Əliyevin hakimiyyəti dövründə ac və gücsüz Ermənistanı küncə sıxdı. Müstəqil Azərbaycanın və müstəqil Ermənistanın 20 illik mövcüdluğu dövrdə biz hələ bu cür güclü, onlar isə bu cür zəif olmamışdılar.

Bu, o qədər aydın görünür ki, sübuta ehtiyac da yoxdur. Ermənistanın təcrid vəziyyətindən çixması onun yaşamağı üçün, yeni iqtisadi güc toplaması üçün son şans ola bilərdi. İ.Əliyev buna imkan vermədi. O, böyük riskə getdi, 2 dəfə dünyanın ən qüdrətli siyasi lideri olan Barak Obamayla görüşdən imtina etdi. Amerika və Rusiya prezidentinə “yox!” demək – böyük riskə getməkdir, təkcə öz taleyini deyil, ölkənin taleyin də oyuna qoymaqdır. İ.Əliyev oynadı və qazandı. Elə bunu da ona bağışlamadılar. O gündən qərb KİV-lərində İ.Əliyevi etibardan salmaq kampaniyası başladı. Və o, yaxşı bilirdi ki, bu zərbələr hardan və nə üçün gəlir. O, bu fırtınaya ləyaqətlə dözdü. Hər prezident bu qarşıdurmanı bu cür qəbul edə bilməzdi.

Sonra Vaşinqtonla münasibətlərdə yeni mərhələ başladı - siyasi istiləşmə. Dünya KİV-də yazılanlara baxmayaraq, Vaşinqton öz energetika və hərbi-siyasi maraqlarına görə Bakı ilə əlaqələrini yaxşılaşdırmağa, dialoq aparmağa məcbur oldu. Çünki Əliyevdən başqa heç kəs Vaşinqtona Əfqanıstana müdaxilə etmək üçün hava məkanı vermirdi. Əliyevdən başqa heç kəs bir tərəfdən Rusiyaya, digər tərəfdən isə İrana əks getmir. Onlar əməkdaşlığı davam etdirdilər, amma Əliyevin 2005-ci və 2009-cu ildə Amerika kahinlərinin planlarını alt-üst edən hərəkətini unutmadılar. Onlar belə şeylər bağışlamırlar. Heç kəsə! Elə buna görə də Vaşinton Azərbaycanı daxildən yonmağa başladı.

Göstəri üçün Azərbaycana energetik - səfir Morninqstarı göndərdilər: guya ki, onları ancaq energetika və iqtisadiyyat maraqlanırır. Ardınca da artıq haqqında oxuculara danışdığım “inqilab mütəxəssisi” Aleks Qriqoryevsi göndərdilər. Qarışıq vəziyyətlər yaratmaq üzrə mütəxəssis az qala ölkəni inqlaböncəsi gərginliyə sürükləyəckdi. Mən o qədər sadəlövh deyiləm ki, Vaşinqtonun Aleks Qriqoryevslə burda hakimiyyəti dəyişmək istədiyini düşünüm. Yox, bunun vaxtı hələ çatmayıb. “Şahdəniz-2” layihəsinin reallaşdırılması və yeni qaz kəmərinin çəkilməsi ərəfəsində Əliyev kimi liderlə iş görmək daha yaxşıdır, çünki ölkədə başqa professionallar yoxdur. Ancaq amerikalılar “sözə baxmayan” prezidenti zəiflətməyi çox istəyirdilər. Ona Rusiyadakı sayaq “Bataqlıq meydanı” qurmaq, hakimiyyət ağacını bir az əymək niyyətləri vardı. Amma yenə də alınmadı.

Və yeni qlobal layihə: “Vikiliks-2” çərçivəsində prezident əleyhinə yeni “kompromatlar” - qızlarının səhmləri, prezidentliyə qədər olan biznes fəaliyyətinin arxivi, bu arxivin dünya KİV-lərində çap olunması, gözdən salma və ifşası ortaya çıxdı. Amerikalılar yenə də 2010-cu ilin modelini sınamağı yoxladılar. Yeri gəlmişkən, elə o vaxt da “Dubay villaları” və Amerika diplomatları ilə söhbətlər seçkilər ərəfəsində ortaya çıxmışdı. Amma yenə də alınmadı. Əliyevlə “offtop” işləmir. Hətta bu offtop offşorlarla vurursa.Bu cür siyasətlə Ştatlar ancaq Azərbaycan hakimiyyətilə uçurumu dərinləşdirirlər və dünyanın geostrateji nöqtəsindəki mövqelərinə zərbə vururlar. Yənı bunu indiyə qədər başa düşməyiblərmi?

Mən də onları başa düşməkdən imtina edirəm.

Eynulla Fətullayev / haqqin.az
Tərcümə: AzVision.az


Teqlər:  





Xəbər lenti