PKK ləğv edilib

   PKK ləğv edilib
  12 May 2025    Oxunub:2119
Terror təşkilatı PKK (rəsmi adı ilə "Kürdüstan Fəhlə Partiyası") özünü ləğv etdiyini açıqlayıb.
Təşkilat bu barədə özünün XXII Partiya Qurultayında bəyanat yayıb. Bəyanatda vurğulanır ki, PKK özünün tarixi missiyasını başa çatdırıb.

"Lider Aponun (Abdullah Öcalan - red.) rəhbərliyində PKK-nın təşkilati strukturunun ləğvi və silahlı mübarizə metoduna son qoyulması qərara alınıb. PKK adı altında həyata keçirilən fəaliyyətlər yekunlaşdırılıb", - bəyanatda bildirilir.

Məlumat üçün bildirək ki, PKK terror təşkilatı 1978-ci ildə Abdullah Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən qurulub. Təşkilat 1984-cü ildən başlayaraq Türkiyə ərazisində çoxsaylı terror aktları həyata keçirib. 1999-cu ildə Abdullah Öcalan Keniyada Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib. O, 1999-cu il iyunun 29-dan bəri İmralı həbsxanasında saxlanılır. Həmin dövrdə təşkilatın rəhbəri kimi Murad Qarayılan seçilib. PKK Türkiyə, ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkə, o cümlədən Azərbaycan tərəfindən terror təşkilatları siyahısına salınıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: PKK   terror   təşkilat   ləğv  





Xəbər lenti