Prezident: İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək

      Prezident:    İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək
  10 May 2025    Oxunub:370
Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bildirib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti