"Bombardmanlara görə zəlzələlər uzun müddət davam edəcək" - Məşhur seysmoloq

 "Bombardmanlara görə zəlzələlər uzun müddət davam edəcək" -  Məşhur seysmoloq
  14 Mart 2023    Oxunub:1778
Türkiyədə böyük sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələlər və afterşoklar hələ də dünya mediasının əsas müzakirə müzakirə olunur. Ardınca bir sıra ölkələrdə hiss olunan və gücü yetəri qədər yuxarı olan zəlzələlər qeydə alındı.
Eyni zamanda fevralın 13-dən Azərbaycanda da 3 baldan güclü 10 zəlzələ qeydə alınıb və bunlarından ən güclüsü 4,2 maqnituda Hacıqabulda qeydə alınıb. Türkiyədəki zəlzələlərin başqa yerlərdəki ocaqları oyatması müzakirə olunur. Təbii ki, hər zəlzələ xəbəri insanların təşviş içində qalmasına səbəb olur.

"Seismotech Globe" şirkətinin direktoru, fizika-riyaziyyat elmləri doktoru İkram Kerimov bildirib ki, əgər zəlzələlərin mənbəyinə təsirlər varsa, onlar istənilən əlavə ərazilərə toxuna bilərlər. Onun sözlərinə görə, bu ərazilər zəlzələ mənbəyindən yüzlərlə, hətta minlərlə kilometr aralıda yerləşə bilər:

"Prosesin necə inkişaf etdiyini izləmək üçün lazımi tezlik diapazonuna və siqnal gücləndirilməsinə malik xüsusi müşahidə sistemlərinə və həm də, təəssüf ki, əksər seysmoloqların sahib olmadığı xüsusi analiz sisteminə ehtiyac var.
Sensasion müsahibə: “Azərbaycanda da süni zəlzələ törədilib” – SSRİ-nin məxfi layihəsinə başçılıq etmiş alim

Siz bir jurnalist kimi "sabah Bakıda, Şamaxıda, Gəncədə və digər yerlərdə 7-8-9 bal gücündə zəlzələ olacaq" proqnozlarına ehtiyatla yanaşmalısınız. Onlar bunu dəqiq deyə bilməzlər. Çünki, hələ 1990-cı ildə Ümumdünya Seysmologiya Assosiasiyası tərəfindən qəbul edilmiş qaydalara əsasən, zəlzələlərin proqnozu üçün xüsusi müşahidə sistemləri, 7 il ərzində fasiləsiz qeydiyyatı və analiz sistemləri tələb edilir. Məhz bu müşahidə müddəti hər bir ərazi üçün nöqtədən nöqtəyə dəyişən sıfır səs-küy səviyyəsini müəyyən etmək üçün zəruridir. Yalnız bundan sonra onların dəyişiklikləri, yaxınlaşan zəlzələnin və ya digər amillərin praktiki olaraq nə ilə bağlı olduğunu müəyyən etmək mümkündür. Buna görə də diqqətli olmaq lazımdır ki, başqalarının zəlzələ proqnozlarını təkrarlamayaq".

İ.Kerimov sonda əlavə edib ki, bu günə qədər davam edən bombardmanlar böyük bir əraziyə təsir göstərib. Və buna görə də zəif zəlzələlər uzun müddət davam edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Zəlzələ  





Xəbər lenti